Hərbi məktəblərdə təhsil alanlara birdəfəlik ödəmə veriləcək 0
Azərabaycanda hərbi təhsil alan kursantlara birdəfəlik ödəmə təsis olunur.
Mubarizciler.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərmanında öz əksini tapıb.
Fərmana görə, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 yüz manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 yüz manat məbləğində birdəfəlik ödəmə təsis edilələcək.
Belə ki, 2024–2025-ci tədris ilindən başlayaraq yuxarıda nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilir:
ali təhsil müəssisəsi üzrə:
150 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
200 manat məbləğində hesabda yığılan ödəniş;
Hərbi kolleclər üzrə:
100 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
150 manat məbləğində hesabda yığılan ödəniş;
Hərbi liseylər üzrə:
50 manat məbləğində təqaüd;
100 manat məbləğində ailə üzvlərinə maddi yardım;
100 manat məbləğində hesabda yığılan ödəniş.
Nəzərdə tutulan ödəmələr dövlət büdcəsinin vəsaiti hesabına Müdafiə Nazirliyi tərəfindən ödənilir.
Xəbəri paylaş