Xəbər lenti

İcra başçısının növbəti səyyar görüşü İmişli rayonun Qızılkənd kəndində keçirilib - FOTO 0

Tarix: 13-12-2023 21:48     Baxış: 7 063

İcra başçısının növbəti səyyar görüşü 13.12.2023-cü il tarixində rayonun Qızılkənd kəndində keçirilib

Mubarizciler.az xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayevin bu ay üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü dekabrın 13-də rayonun Qızılkənd kəndində baş tutub. Qızılkənd kənd tam orta məktəbində keçirilən görüşdə icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.

  Qəbul başlamamışdan öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Giriş nitqi ilə çıxış edən icra başçısı kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. Daha sonra rayon rəhbəri müraciətlərin dinlənilməsi və qanunlar çərçivəsində sakinlərə dəstəyin göstərilməsi ilə bağlı sözü vətəndaşlara verib. Sakinlərin müraciətləri diqqətlə dinlənilib. Müraciətlərin bir qisminə məsul şəxslərin iştirakı ilə müvafiq izahatlar verilmiş, araşdırma tələb edən digər müraciətlər qeydiyyata alınaraq həlli ilə bağlı nəzarətə götürülmüşdür. Görüşdə iştirak edən sakinlər çıxışlarında səmimi qəbula və maneəsiz istəklərinin çatdırılmasına tam şərait yaradılmasına görə məmnunluqlarını bidirərək minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar