Xəbər lenti
18-11-2024, 12:06
 

İctimaiyyətçi Zaur Mikayılova müraciət edib - FOTO 0

Tarix: 13-12-2023 20:50     Baxış: 7 308


Goranboy rayon Qızılhacılı Qəsəbə sakini, Mədəniyyət işçisi, Goranboy Rayon İcra Hakimiyyəti yanında yaradılmış İctimai Nəzarət Şurasının üzvü Elçin Tağıyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib.

Mubarizcilet.az müraciəti olduğu kimi təqdim edir.

Azərbaycanda müasir infrastruktur quruculuğu siyasəti çərçivəsində meliorasiya və su layihələrinin icrasının prioritetliyi təmin edilir ki, bu da təsadüfi deyildir. Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirən əsas amillərdəndir. Məhz bu konteksdən yanaşmaqla Azərbaycanda meliorasiya və su təsərrüfatının müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik prinsipləri ilə inkişaf etdirilməsi hədəflənmişdir.

Prezident İlham Əliyevin 2021-ci il aprelin 5-də Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, onun xüsusi önəm verdiyi meliorativ tədbirlər, tövsiyələr bu gün uğurla həyata keçirilməkdədir.

Respublikamızda icra olunan su layihələrinin statistikası kifayət qədər zəngindir. Son illərdə dövlət başçısının təşəbbüsü ilə respublikamızda Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə kimi su anbarlarının yaradılması ölkəmizin su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması baxımından strateji önəm daşıyır. Bunun nəticəsində ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir ki, bu da kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında özünü göstərir. Vətən müharibəsində işğaldan azad edilən ərazilərin su resurslarından istifadə edilməsi, azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi bu gün diqqət mərkəzindədir.

İşğal altındakı ərazilərdə "yaşıl soyqırımı" həyata keçirən, meşələrimizi qıran, torpaqlarımızı amansızcasına istismar edən Ermənistan, həmçinin respublikamızın özünün su mənbələrinə çıxış imkanlarının da qarşısını almışdı. İşğal altındakı ərazilərdə yerləşən Sərsəng və Suqovuşan su anbarları düşmənin nəzarətində idi. Xüsusilə qeyd etmək lazımdır ki, bu iki su anbarını ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev tikdirmişdi. Sərsəng Su Anbarında 565 milyon kubmetrdən çox su toplanırdı. O vaxtlarda bu mənbədən Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda 100 min hektara yaxın torpağa su verilirdi. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə respublikamızın böyük çay resursları var. Bu ərazilərdə 10-dan çox çay formalaşır. Ölkəmiz işğalın davam etdiyi 30 il ərzində bütün bu su mənbələrindən istifadə edə bilmirdi.

İşğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından söhbət açarkən Xudafərin və Qız Qalası su anbarlarının önəmini ayrıca qeyd edə bilərik. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Xudafərin Su Anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir".

Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli Fərmanının icrasının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi  tərəfindən həyata keçirilir.

Yaşasın cənab Prezident.


Hörmətli Zaur müəllim bilirik  ki,əkin sahələrinin suvarma suyu  ilə təmin olunmasında çətinlik çəkən rayonlardan biri də Goranboy rayonudur. 

Qeyd edim ki, əkin sahələrinin suvarılmasında yay aylarına nisbətən payız və qış mövsümlərində suvarma prosesi əlverişli şəraitdə təmin edilir.

Goranboy rayonunun əkin sahələrinin suvarılma mənbələri 

Tərtər çay

Gorançay

Qaragorançay

İncəçay

Kürəkçay

Qarabağ kanalı üzərində qurulmuş nasoslar

Ümumilikdə 15 nasos stansiyası

956 subartezian quyuları+20 yeni qazılan quyulardan ibarətdir. 

Mən Tağıyev Elçin Goranboy rayon sakini kimi xatırlayıram ki son dəfə Səfikürd su anbarı son dəfə 2008 ci ildə sel və daşıqınlar zamanı su ilə doldurulub. 

Sonralar göl arxlar kol kos və çöküntülərlə dolduğu üçün gölə suyun gətirilməsi mümkün olmayıb. 

Artıq 2 ildir ki, biz Goranboylular Səfikürd gölündən geninə bolina isdifadə edirik.

İdarə rəisi İlqar Məhərrəmov texnikaları ərazilərə cəlb edərək su arxlarının kol-koslardan təmizlənməsini təmin etmiş, göl isə su ilə doldurularaq Səfikürd, Balakürd və Qızılhacılı qəsəbəsinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsini təşkil etmişdir.

Hörmətli Zaur müəllim hal-hazırda Goranboy Suvarma Sistemləri İdarəsinin rəhbəri İlqar Məhərrəmovun tapşırığı əsasında  rayonun kənd və qəsəbələrində əkin sahələrinin eyni zamanda su kanallarının lil və kol-koslardan təmizlənməsi işləri sürətlə aparılır və əhaliyə xidmət göstərilir.

 Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı cənab Məhərrəm Quliyevin göstəriş və tapşırıqları əsasında İcra Hakimiyyətində xüsusi Mobil Qruplar yaradılıb,İdarə rəhbəri və məsul şəxslərin iştrakı ilə rayonun kənd və qəsəbələrində əhali ilə görüşlər keçirilir, problemlər dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verilərək işlər görülür.

Goranboy rayon SSİ-nin əməkdaşları üzərinə düşən vəzifəni şərəflə icra edərək öz xidmətlərini davam etdirirlər.

Sizlərə çətin və şərəfli işinizdə uğurlar diləyirəm.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar