Xəbər lenti
21-10-2025, 14:40
 

Təhsil İdarəsindən Samuxda direktorun müəllimə qarşı güc tətbiq etməsi iddiasına CAVAB 0

Tarix: 12-12-2023 21:53     Baxış: 6 923


Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumatlarla bağlı müvafiq komissiya yaradılıb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, komissiyanın tərkibinə Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil edilib.

Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində isə direktor müavininin izahatlarını alıblar.

Araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı hər hansı bir güc tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib.

Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar