Xəbər lenti

Şə𝐦𝐤𝐢𝐫𝐝ə Ü𝐦𝐮𝐦𝐦𝐢𝐥𝐥𝐢 𝐋𝐢𝐝𝐞𝐫 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 ə𝐳𝐢𝐳 𝐱𝐚𝐭𝐢𝐫ə𝐬𝐢 𝐚𝐧ı𝐥ı𝐛 - FOTO 0

Tarix: 12-12-2023 21:03     Baxış: 6 461


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri dahi şəxsiyyət Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Mubarizciler.az xəbər verir ki, Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıblar.

Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.

Qeyd olunub ki, Şəmkir rayonu da daim Ulu Öndərin diqqət və qayğısını hiss edib. Heydər Əliyevin Şəmkirə qayğısı öz bəhrəsini vermiş, Azərbaycanın bu qədim və tarixi bölgəsi ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar