Goranboyda, Xalqımızın Ümummilli Lideri, Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü qeyd edildi - FOTO 0
12 dekabr - Xalqımızın Ümummilli Lideri, Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü ilə bağlı, Ümummilli Liderimizin Goranboy rayon mərkəzində ucaldılmış abidəsi və Heydər Əliyev Mərkəzi ziyarət olundu, Ümummilli Liderimizin mənalı ömür yoluna və çoxşaxəli dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş xüsusi videoçarx izlənildi və fotosərgiyə baxış keçirildi, Dahi Şəxsiyyətin əziz xatirəsi ehtiramla anıldı.
Mubarizciler.az xəbər verir ki, Anım mərasimində, İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin, təşkilat və müəssisələrin rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri; ağsaqqallar, ziyalılar və gənclər iştirak etdilər.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Müasir Azərbaycanın tarixi və taleyi, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev - Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan Siyasi Dövlət İdarəçiliyi Sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisidir. O, Azərbaycan xalqının müasir dövlətçilik tarixində böyük yeniliklərə imza atmış Ümummilli Lider, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında intibaha nail olmuşdur. Ötən əsrin 90-cı illərində, dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev 12 dekabr 2003-cü ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.
Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Rəşadətli Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. 19-20 Sentyabr 2023-cü il-23 saatlıq antiterror əməliyyatları ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. İndi artıq, Xankəndində və bütün ərazilərimizdə Şanlı, Mübarək Dövlət Bayrağımız dalğalanır.! Məhz bu gün, Möhtərəm Prezident cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ilə Azərbaycan nəinki regionun ən böyük güc mərkəzinə çevrilmiş, həm də həyata keçirilən uğurlu iqtisadi və geosiyasi layihələr nəticəsində avropanın təhlükəsiz enerji təminatçısı kimi özünü təsdiq etmişdir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca, O da yaşayacaqdır.
Ümummilli Lider Heydər Əliyevi hörmətlə anırıq.
Xəbəri paylaş