Xəbər lenti

Qasım Əliyev: Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm 0

Tarix: 12-12-2023 12:43     Baxış: 6 713


   Zəngin dövlətçilik tarixi olan Azərbaycanın müasir dünyada öz layiqli yerini tutması və müstəqillik yolunda inamla addımlaması Ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyası və bu strategiyanın sonrakı dövrdə uğurla davam etdirilməsi ilə birbaşa bağlıdır.

  Azərbaycan Respublikasında 2023- cü ilin " Heydər Əliyev İli " elan edilməsi haqqında 2022- ci il 29 sentyabr tarixli sərəncamında qeyd edildiyi kimi, Ulu öndər cəmiyyətin həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında İctimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi,  demokratik, hüquqi dövlət quruculuğu, nizami  ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

   Amnistiya və əfv etmə inistutunun geniş tətbiqi Heydər Əliyevin ədliyyə orqanları üçün də başlıca meyar kimi müəyyənləşdirdiyi humanizmin mühüm təzahürlərindəndir. Məhz onun təşəbbüsü ilə 1995-2003- cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib, 32 əfv fərmanı imzalanaraq 3100- dən çox məhkum bağışlanıb.

  Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm siyasətini möhtərəm cənab p

Prezident İlham Əliyev dövlət idarəçiliyinin əsas prinsiplərindən biri kimi qətiyyətlə davam etdirir. Ölkə rəhbərinin əfv fərmanları, Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları minlərlə insana bu siyasətdən bəhrələnərək, cəzadan vaxtından əvvəl azad edilmək , cəmiyyətə reinteqrasiya olunmaq imkanı verib.

 Bu gün biz Heydər Əliyevi öz xalqını zamanın mürəkkəb tarixi - siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, azad , demokratik, hüquqi dövlətin banisi kimi dərin ehtiramla xatırlayır, yad edir, onun göstərdiyi yolla addımlamağı özümüzə şərəf bilirik.

  Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. 

  Bu gün, 12.12.2023- cü il tarixi Ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin vəfatından 20 il ötür, Allahtaladan Ulu öndərimizə rəhmət diləyirəm! Ruhu şad olsun! 

  Hörmətlə, 

   Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2 saylı İstintaq Təcridxanasının rəisi Qasım Əliyev.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar