Xəbər lenti

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto/Video 0

Tarix: 12-12-2023 10:59     Baxış: 6 195

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

(AzərTac)


















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar