Xəbər lenti

Şəmkirdə d𝐚𝐡𝐚 𝟒 𝐤üçə 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢n 𝐢𝐬𝐭𝐢𝐟𝐚𝐝ə𝐬𝐢𝐧ə 𝐯𝐞𝐫𝐢𝐥𝐝𝐢 - FOTO 0

Tarix: 11-12-2023 22:47     Baxış: 5 887


Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən cari ildə həyata keçirilən layihə çərçivəsində Şəmkir şəhərində asfalt-beton örtüyünün salınması və cari təmiri işləri aparılan 13 küçədən daha 4-ü sakinlərimizin istifadəsinə verildi. 

Mubarizciler.az-ın məlumatına görə, rayonun Vaqif Səmədoğlu (Xəqani İbrahimov Parkı - köhnə Uşaq Xəstaxanası), Şəmkir küçəsinin davamı (Morul), Şahlar Musayev (Morul) küçələrində asfalt-beton örtüyünün salınması, Hüseyn Cavid (13-cü küçə- Posanlı), R.Rəhimov (7-ci küçə) isə cari təmiri işləri yekunlaşıb.

V.Səmədoğlu, Ş.Musayev, Şəmkir küçələrinə ilkin olaraq qum-çınqıl qatışığı töküldü, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılaraq yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salındı. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq xətlər çəkildi.

Bununla da cari ildə Kür qəsəbəsindəki xəstəxana yolunda və şəhərin Aşıq Hüseyn (Naxırçılar), M.Əsədov (11-ci küçə), Şəhid Vacib Məmmədov (Morul yaşayış massivi), Şəhid Seymur Həbibov (14-cü küçə), M.F.Axundov (12-ci küçə) küçələrində asfal-beton örtüyünün salınması, Elşən Allahverdiyev (Bazarstore - Yamin YDM), Əhməd Cavad (Ə.Cavad məktəbi- Kraz yolu), Zaur Sarıyev (Bazarstore-Qoşa Çinar)  küçələrində isə cari təmir işləri də daxil olmaqla ümumilikdə 14 küçədə işlər başa çatdırılaraq sakinlərimizin istifadəsinə verildi.

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar