İmişlidə "Məntiqi Zəkanın İnkişafı" layihəsinin təntənəli bağlanış tədbiri keçirilib - FOTO 0
İmişli şəhər 7 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin rayon üzrə qalibi olmuş "Məntiqi Zəkanın İnkişafı" layihəsinin təntənəli bağlanış tədbiri keçirilib.
Mubarizciler.az-ın məlumatınagörə, Tədbirdə İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov, layihə icraçıları, layihəyə cəlb olunmuş məktəblərin direktorları, təlimlərə cəlb olunmuş V-VI sinif şagirdləri və onların valideynləri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kərim Kərimov çıxış edərək layihənin əhəmiyyəti barədə ətraflı məlumat verib. Sonra layihə rəhbəri Xoşçobanlı kənd tam orta məktəbin riyaziyyat müəllimi, əməkdar müəllim Cəbrayıl Şirəliyev "Məntiqi Zəkanın İnkişafı" layihəsinin icrası ilə bağlı ətraflı məlumat verib.
Sonra layihənin final yarışının iştirakçısı olan 41 nəfər şagird topladıqları ballara uyğun sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
Xəbəri paylaş