Xəbər lenti
18-11-2024, 12:06
 

Növbədənkənar Prezident seçkiləri tarixi zərurətdən irəli gəlir 0

Tarix: 11-12-2023 10:34     Baxış: 5 635


Cari ilin dekabr ayının 7-də Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara əsasən Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycanın Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı cənab İlham Əliyevə səs verib onu Prezident seçdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni Lideri cənab İlham Əliyev ölkə rəhbəri olduğu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən qüdrətli dövlətə çevirdi.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bunun nəticəsidir ki, müasir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Fevralda keçiriləcək seçkilərin qürurverici amillərindən biri məhz 30 il əvvəl yurd yerlərindən didərgin salınan soydaşlarımızın bir hissəsinin daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səsvermə hüququndan istifadə edəcəyidir. Beləliklə, ilk dəfə olaraq postsovet məkanında torpaqlarını işğaldan azad edən bir dövlətin bütün ərazilərində seçki prosesi reallaşacaq. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi yeni bir nümunə olacaq. Taleyüklü məsələnin xalq-iqtidar birliyinin gücü hesabına həll edən Azərbaycan bu gün inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Üç il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağın və ətraf rayonların erməni işğalından azad edilməsi və bu il sentyabrın 19-20-də keçirilən uğurlu lokal antiterror tədbirləri üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanmasını təmin etdi. Qüdrətli Azərbaycan dövləti öz liderinə, gücünə arxalanaraq düşmən üzərində misli görünməmiş qələbə qazandı.

7 fevral seçkisinin keçirilməsi zəruri idi. Azərbaycan Zəfər qazandıqdan sonra keçiriləcək bu seçki Azərbaycan tarixinə Zəfər seçkisi kimi düşəcək. Çünki cənab Prezident bu günə kimi verdiyi bütün vədlərə əməl edib. Dünyada baş verən proseslər ölkəmizdə də yeni siyasi konfiqurasiyanın formalaşması ilə sonuclana bilər. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” - deyən Prezidentimiz ölkəni və region yaxın gələcəkdə nə gözlədiyini hamıdan daha yaxşı bilir və analiz edir. Çox yox, 4 ay bundan əvvəl bir çox siyasi qüvvələr Xankəndinin, Xocalının ermənilərdə qalacağını iddia edirdilər. Sentyabrın 19-da və 20-də bütün ölkədə suverenliyimizin bərpa edilməsi ilə bütün iddialar aradan qalxdıqdan sonra, bəziləri bu dəfə rus qoşunlarının ölkədən çıxarılmamasını müstəqilliyimizi şübhə altına aldığını bildirirlər. Amma unutmaq olmaz ki, siyasətçi ekspert qismində çıxış etməməli, dövlətin və xalqın mənafeyindən çıxış etməlidir. Əslində Prezident bu Sərəncamla özünə və xalqın dəstəyinə inandığını göstərdi.

Sözsüz ki, Prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək.

Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı gələn il fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək - sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı müdrik lider, böyük diplomat, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi altında bu sınaqdan da uğurla çıxacaq. 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədən kənar prezident seçkisi şanlı tariximizə Zəfər seçkisi kimi düşəcək.

Azərbaycan xalqının cənab İlham Əliyevə inam və etimadı sonsuzdur. Çünki cənab Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirən, Qarabağı xalqımıza qaytaran, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Liderdir. Bütün bunlara əsasən deyə bilərik ki, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin mütləq şəkildə qələbə qazanacağı şübhəsizdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar