Xəbər lenti
18-11-2024, 12:06
 

44 gün Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı tariximizin ən parlaq səhifələrini təşkil edir 0

Tarix: 10-12-2023 10:44     Baxış: 5 733


Torpaqlarimizdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, niskili, ağrı- acısı, vulkan olub 44 gündə düşmənin üzərinə vulkan kimi püskürdü və bu vulkandan çıxan od, alov düşməni yandırdı. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 Gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O gücki heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 Günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Məgər necə güclü, necə qüdrətli dövlətimiz var imiş, necə əzmkar necə vətənpərvər , mərd ürəkli, igid xalqımız var imiş. Biz bütün bu söylənənləri sözlərdə deyil əməllərdə gördük və bir daha əmin olduq. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək cənab Prezidentin ətrafında sıx birləşdi.

Bugün tam əminliklə deyə bilərik ki, ömürünü vətənin azadlığı və müstəqilliyinə həsr etmiş Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Ona görə ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altına, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrəti sayəsində 44 gündə 30 il öz ata-baba  topraqlarından didərgin düşmüş soydaşlarımızın vətən həsrətinə son qoyuldu.

Azərbaycanın 44 gün ərzində düşmən üzərində çaldığı qələbənin şərəfinə cənab İlham Əliyev tərəfindən 8 Noyabr Zəfər günü kimi Azərbaycan tarixinə yazıldı.

Cənab  İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz öz tarixi missiyasını şərəflə yerinə  yetirdi.

Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.

2020 ci il Dekabr ayının 10-da Bakının Azadlıq meydanında Zəfər Paradı keçirildi, keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər Paradıdır. Bu, tarixi hadisədir”.

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Eyni zamanda bu hərbi parad düşmənə verilən növbəti mesaj oldu. Prezident

İlham Əliyevin dediyi kimi: "Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Müharibənin 44 cü Günü ailə olaraq biz böyük itki verdik və dövlətimiz adına tarixi qələbəmizi qazandıq .

Nə xoş bizəki Vətənin döyünən ürəyinə yeni nəfəs verənlərdənik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Uca tanrı dövlətimizi və dövlətçiliyimizi qorusun.


Şəhid Ailəsi.

Rahinə Məmmədova .



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar