Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Samir Şərifov maaş artımlarından danışıb

Tarix: 20-01-2023 22:58     Baxış: 903

“Hazırda maaş artımları ilə bağlı müvafiq vəsaitlər dövlət büdcəsində ayrılır”.

Bunu “Report”a açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir Prezidentin sərəncamlarında nəzərdə tutulan bütün sosial proqramlar üzrə maliyyə məsələlərinin öz həllini tapacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. 700 min vətəndaşı əhatə edəcək minimum əməkhaqqıdakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq.

Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.

Minimum pensiyadakı artımı da nəzərə alaraq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş birbaşa faydalana biləcəklər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar