İcra Başçısı ə𝐬𝐚𝐬𝐥ı 𝐭ə𝐦𝐢𝐫-𝐛ə𝐫𝐩𝐚 𝐢ş𝐥ə𝐫𝐢 𝐚𝐩𝐚𝐫ı𝐥𝐚𝐧 𝐦ə𝐤𝐭ə𝐛𝐝ə 𝐠örüə𝐧 𝐢şlə𝐫𝐥ə 𝐦𝐚𝐫𝐚𝐪𝐥𝐚𝐧ı𝐛 - FOTO 0
Bu gün Şəmkir rayonunda infrastruktur və sosial layihələrin icrası mərhələli şəkildə uğurla həyata keçirilir.
Rayonuzumda aparılan abadlıq-quruculuq işləri çərçivəsində müasir standartlara cavab verən yeni yollar sallınır, şəhərimizin küçələri yenilənərək öz görkəmini dəyişir, parklarda genişmiqyaslı yenidənqurma və təmir-bərpa işləri aparılır.
Eyni zamanda aidiyyəti təşkilatlar tərəfindən rayonumuzun elektrik və qaz təsərrüfatının, rabitə və internet xətlərinin müasir standartlara uyğunlaşdırılması həyata keçirilir.
Sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində icra olunan layihələr təhsil sahəsindən də yan keçmir.
Prezident cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Zəyəm qəsəbəsində yerləşən Əhməd Cəmil adına 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir işləri aparılır.
Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev məktəbdə görülən işlərlə maraqlanıb, yaradılan şəraitlə yaxından tanış olub.
İş icraçısı layihə barədə məlumat verərək bildirib ki, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılır.
1176 şagird yerlik 2 korpusdan ibarət məktəb binasında akt və idman zalı, laboratoriya, yeməkxana da müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Bundan başqa məktəbin həyətində içməli su anbarı, qazanxana da inşa edilir.
Qeyd edək ki, rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müasir standartlara uyğun yenilənməsi üçün işlər davam etdirilir.
Xəbəri paylaş