Xəbər lenti

İcra Başçısı Şəmkir rayon Düyərli kəndində sakinlərlə görüşüb - FOTO 0

Tarix: 08-12-2023 15:36     Baxış: 5 257


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vətəndaşları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə bu dəfə Düyərli kəndində sakinlərimizlə görüşüb.

Mubarizciler.az-ın məlumatına görə, Rəşad Tağıyev əvvəlcə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə də məlumat verib.

İcra başçısı bildirib ki, cari ildə rayonumuzda görülən infrastruktur layihələrindən biri də məhz Düyərli kəndini əhatə edir: “Artıq Düyərli kəndinin də elektrik şəbəkəsinin yenilənməsi işlərinə start verilib, yaxın günlərdə kabelləşmə işləri aparılacaq, köhnə elektrik naqilləri SİP kabelləri ilə əvəz olunacaq. Bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq”.

Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.

Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar