Xəbər lenti
8-05-2024, 00:26
 

“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində görüş keçirilib - FOTO 0

Tarix: 07-12-2023 11:03     Baxış: 4 886


Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində görüş keçirilib.

 

Mubarizciler.az xəbər verir ki, Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə 800 kitabın təhvil verilməsi olub.


 

Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, “Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov, müəllim, şagird və valideynlər iştirak ediblər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarını Fondun yaranması, əsas fəaliyyət istiqamətləri, hazırda icra edilən layihələr haqqında məlumatlandırıb. Ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkil edilməsi, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi və bu vərdişlərin inkişafı yönündə keçirilən tədbirlərdən danışıb.


 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev qonaqları salamlayaraq layihənin təşəbbüskarlarına kitablar üçün təşəkkürünü bildirib. Mütaliə prosesinin insanın həyatında, dünyagörüşünün formalaşmasında, nitqinin inkişafındakı əhəmiyyətini və məktəblilərin gələcək karyeralarında  rolunu diqqətə çatdırıb.

 

Fondun özəl şirkətlər ilə əməkdaşlığa açıq olduğunu qeyd edən sədr, layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin dəstəyini vurğulayıb. E.Nəsibov layihə çərçivəsində ümumi ianə ediləcək kitabların sayının 4000 ədəd olduğunu bildirib. “Inci Group of Companies” şirkətinin bölgə müdiri Babək Həsənov layihənin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini və İnci şirkətinin gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.

 

Görüşün davamında şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb eyni zamanda, mütaliə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar