Xəbər lenti

Şə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐔𝐥𝐮 Ö𝐧𝐝ə𝐫 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝟏𝟎𝟎 𝐢𝐥𝐥𝐢𝐤 𝐲𝐮𝐛𝐢𝐥𝐞𝐲𝐢 𝐢𝐥ə 𝐛𝐚ğ𝐥ı 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞ç𝐢𝐫𝐢𝐥𝐢𝐛 - FOTO 0

Tarix: 07-12-2023 10:41     Baxış: 5 439


Şəmkir Hərbi Prokurorluğunun təşkilatçılığı ilə DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin N saylı hərbi hissəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.  

Mubarizciler.az-ın məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Tədbirdə çıxış edənlər xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılarda, eyni zamanda, Ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış uğurlardan danışılıb. 

Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, eləcə də antiterror tədbirlərindən hüquq-mühafizə orqanları əməkdaşlarının səmərəli fəaliyyətindən bəhs edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar