Xəbər lenti

İcra başçısı növbəti səyyar görüşünü İmişli rayon Aranlı kənd sakinləri ilə keçirib - FOTO 0

Tarix: 06-12-2023 17:37     Baxış: 5 789

İcra başçısı növbəti səyyar görüşünü 05.12.2023-cü il tarixində Aranlı kənd sakinləri ilə keçirib

  Əhalini narahat edən problemlərin obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin dekabr ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar qəbulu rayonun Aranlı kənd sakinləri ilə baş tutub. Mubarizciler.az xəbər verir ki,  Səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.

 Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Daha sonra səmimi söhbət əsasında keçən görüşdə sakinlər onları narahat edən bir sıra məsələlərdən söz açıblar. Sakinlərin müraciətləri diqqətlə dinlənilib, məsul şəxslərin iştirakı ilə bir qisminə müvafiq izahatlar, araşdırma tələb edən digər müraciətlər isə qeydiyyata alınaraq həlli üçün tapşırıqlar verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar