Xəbər lenti

İcra Başçısı Goranboyda 4 mərtəbəli 16 mənzilli yaşayış binasında aparılan tikinti işləri ilə yerində tanış oldu - GOTO 0

Tarix: 04-12-2023 17:49     Baxış: 6 769

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin tapşırığına əsasən, Goranboyda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əməli tədbirlər davam etdirilir.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Goranboy və Dəliməmmədli şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə  Goranboy şəhərində 36 mənzilli 4 ədəd 2 mərtəbəli, Dəliməmmədli şəhərində 16 mənzilli 1 ədəd 2 mərtəbəli yaşayış binalarının sökülərək  yerlərində,  Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların cari ilin  sentyabr ayında tikintisi işlərinə başlanılmış və hazırda işlər sürətlə davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə,  Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində  4 mərtəbəli 16 mənzilli yaşayış binasının aparılan  tikinti işləri ilə yerində tanış oldu.

İcra Başçısı işlərin vaxtında, keyfiyyətlə və müvafiq tikinti normalarına uyğun  yerinə yetirilməsi, binanın gələcəkdə bütün kommunikasiya xətlərinin təhcizatı ilə bağlı, iş icraçıları və  bir qrup şəhər sakinləri ilə məsləhətləşmələr apardı, səmimi söhbət etdi, tövsiyyələrini bildirdi. 

Şəhər sakinləri, Goranboylulara göstərilən bu diqqət və qayğıya görə Dövlət Rəhbəri, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar