Xəbər lenti
24-07-2024, 20:55
 

Naftalanda körpələr evi-uşaq bağçasının fəaliyyətinin 10 ili münasibətilə tədbir keçirilib - FOTO 0

Tarix: 02-12-2023 17:32     Baxış: 8 337

"Heydər Əliyev İli" çərçivəsində Naftalan şəhər Vüqar Namazov adına körpələr evi-uşaq bağçasının fəaliyyətinin 10 ili münasibətilə tədbir təşkil edildi.

01 dekabr 2023-cü il tarixində Naftalan şəhər V. Namazov adına Körpələr evi-uşaq bağçasının fəaliyyətinin 10 ilinin tamam olması münasibəti ilə tədbir keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Tədbirdə Naftalan ŞİH-nin və  Naftalan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsul əməkdaşları, Goranboy-Naftalan Təhsil sektorunun müdiri, bağçamızın adını daşıyan şəhid Vüqar Namazovun anası Tərlan Namazova, Şəhər Ağsaqqallar Şurasının sədri və bağçanın kollektivi iştirak ediblər.

Tədbir dövlət himnimizin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri Körpələr evi-uşaq bağçasının müdiri Sevinc Nəcəfova açaraq qonaqları salamlayıb və müəssisənin 10 illik fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.  

Tədbirdə çıxış edən Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri Xəyal Məmmədov Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə imzalanmış 22 dekabr 2008-ci il tarixli Sərəncamını xatırlatdı. Həmin Sərəncama əsasən  2009-cu ilin "Uşaq ili" elan olunmasını vurğuladılar. 

Bildirildi ki, uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. On illik fəaliyyətini uğurla başa vuran körpələr evi uşaq bağçasının  bütün kollektivinə uğurlar arzulayan Xəyal Məmmədov gələcək işlərində uğurlar dilədi.

Tədbirdə çıxış edən natiqlər Körpələr evi-uşaq bağçasının kollektivini yubiley münasibətilə təbrik edərək, bağçanın gələcək fəaliyyətində uğurlarlar arzulayıblar.

Tədbirdə balaca fidanların ifasında şeir, mahnı  nümünələri, səhnəciklər nümayiş olunub. 

Sonda Körpələr evi-uşaq bağçasının bir qrup işçisi Fəxri Fərmanlarla təltif edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar