Xəbər lenti

Goranboyda Medlife Hospitalın inşaatında son tamamlama işləri aparılır - FOTO 0

Tarix: 02-12-2023 14:32     Baxış: 7 861

Goranboy şəhərində  200 nəfərin işlə təmin olunacağı Medlife Hospitalın inşaatında  son tamamlama  işləri aparılır.

Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Goranboy rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırmışdır. Bunun sayəsində son dövrlər rayonda özəl istehsal müəssisələri, orta və iri sahibkarlıq obyektləri fəaliyyətə başlamışdır. Hazırda Goranboy şəhərində özəl tibb müəssisəsi-Medlife Hospital inşa olunur. Cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulan  hospitalda, ambulator və stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri,  200-dən çox həkim və digər xidmət personalı fəaliyyət göstərəcək. Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Medlife Hospitalın tikinti işləri ilə bir daha  yerində tanış oldu, yerli iş adamı ilə görüşdü, binanın kommunikasiya təhcizatı ilə təmin olunması ilə bağlı, qanunamüvafiq köməkliklərin göstərilməsi məqsədi ilə aidiyyəti xidmət sahələrinin rəhbərlərinə tapşırıq və tövsiyyələrini bildirdi.

Yerli iş adamı, rayonumuzda sahibkarlığın geniş inkişafı üçün  yaradılan əlvrişli imkanlara, göstərilən  bu dövlət dəstəyinə və qayğıya görə, Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar