Xəbər lenti
24-07-2024, 20:55
 

Fuad Bədəlovun təqdimat mərasimi keçirilib - FOTO 0

Tarix: 01-12-2023 13:13     Baxış: 7 798

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilən Fuad Bədəlovun təqdimat mərasimi keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Təqdimat mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, rayon təhsil sektorlarının müdirləri, təhsil işçiləri, məktəb direktorları iştirak ediblər.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva təyinat münasibətilə Fuad Bədəlovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Böyük Qayıdış çərçivəsində təhsil işçilərinin əzmlə çalışmalı, daha da məsuliyyətli olmalarını onların diqqətinə çatdırıb.

Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov ona göstərilən yüksək etimada görə öz təşəkkürünü bildirib.

Sonda çıxış edən təhsil işçiləri yeni təyinat münasibətilə Fuad Bədəlovu təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar