Xəbər lenti

Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirildi - FOTO 0

Tarix: 30-11-2023 21:14     Baxış: 7 357

“Goranboy rayonunda 2023-cü ilin 11 ayı ərzində, qanunsuz tikililər və qanunsuz  torpaq istifadəçiliyi ilə  bağlı, görülmüş işlərin yekunları”  barədə  RİH Başçısı yanında Şuranın geniş iclası keçirildi.

Mubarizciler.az xəbər vetir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə  Başçı yanında Şuranın növbəti iclası keçirildi.  İclasda,  Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəisi Vüqar Əliyev,  Gəncə Regional Ədliyyə İdarəsinin rəisi İlkin Nəcəfov, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev, Fövqəladə Hallar Nazirliyi Aran Regioanl İdarəsinin məsul şəxsləri, Şura üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər. Şurada, “Goranboy rayonunda 2023-cü ilin 11 ayı ərzində, qanunsuz tikililər və qanunsuz  torpaq istifadəçiliyi ilə  bağlı, görülmüş işlərin yekunları”  barədə  geniş müzakirələr aparıldı. 

İclasda çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, qanunsuz tikililər,  aparılan tikinti işləri zamanı şəhərsalma və arxitektura tələblərinin pozulması, qanunsuz  torpaq istifadəçiliyi  və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı, RİH Başçısının  Sərəncamı ilə rayon İcra Hakimiyyətinin məsul şəxslərindən ibarət, inzibati ərazi dairələri üzrə mobil qrupların təşkil olunduğunu və bu istiqamətdə zəruri əməli tədbirlərin  həyata keçirildiyini diqqətə çatdırdı.

İclasda, RİH Başçısının birinci müavini Seymur Nazarov,  rayon Prokuroru Kamran Məmmədov, rayon Polis şöbəsinin  rəis müavini Rüfət Quliyev,  Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəisi Vüqar Əliyev və Gəncə Regional Ədliyyə İdarəsinin rəisi İlkin Nəcəfov, müzakirə olunan məsələ barədə mövcud qanunvericiliyin tələbləri və aşkar olunan nöqsanların qanunamüvafiq qaydada aradan qaldırılması ilə bağlı, çıxışlar etdilər.

Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə müvafiq İş və Tədbirlər Planına uyğun işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar