Xəbər lenti
14-09-2024, 21:36
 

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli İmişlidə vətəndaşları qəbul edib - FOTO 0

Tarix: 28-11-2023 19:15     Baxış: 7 861


Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin aparat rəhbəri Azad Cəfərli noyabrın 28-də İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İmişli rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Mubarizciler.az-ın məlumatına görə, Qəbulda vətəndaşların müraciətləri əsasən əkin və məhsul subsidiyası, suvarmada yaranan çətinliklər, kənd təsərrüfatı texnikası və toxumla təminat, aqrotexniki xidmətlərin qiyməti, ərzaqlıq buğda istehsalının təşviqi, torpaq üzərində mülkiyyət hüquqlarının təyin olunması və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili və payızlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb. Azad Cəfərli həmçinin rayonun qabaqcıl fermerləri ilə görüşərək aqrar sahədə mövcud vəziyyət, həyata keçirilən islahatlar, dövlət dəstəyi mexanizmləri, aqrar təlim proqramlarının təşkili barədə fikir mübadiləsi aparıb.

Babək Hüseynov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar