Ümummilli lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları 0
"Mənim həyatım da fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına,ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır",-deyən Ümumimilli lider problemlərin həlli üçün,ilk növbədə,bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin,sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.
Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə hüquqi demokratik və dünyəvi dövlət quruculuğuna başlanması,dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilməsi və bu sahədə aparılmış əsaslı hüquqi islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynamışdır.Həmçinin hüquq elminin hüquqi elmiliyinin ölkəmizdə inkişafını təmin etmişdir.İnsan hüquqlarının beynəlxalq standartlara uyğunlaşdırılması yolunda yorulmadan tədbirlər həyata keçirmiş,qəbul edilmiş normativ-hüquqi aktlar,verilmiş fərman və sərəncamlar mərhələli şəkildə üçpilləli məhkəmə sisteminin,konstitusiya nəzarətinin demokratizm və humanizm şəraitində təşkil olunmasına istiqamət vermişdir.
Ulu öndər Heydər Əliyevin respublikamızda insan hüquqlarının inkişafı və təminatı üzrə apardığı islahatlar hüquq elminə də öz böyük töhfəsini vermişdir.
Azərbaycanda insan hüquqlarının inkişafı 1993-cü ildən sonrakı dövrü əhatə edir.Həmin dövrdən başlayaraq cəmiyyətdə qeyri-leqallıq aradan qaldırılır və insanların hüquqları bərpa olunur.
Beləliklə,ölüm cəzasının tətbiqi üzərinə veto qoyulur və ölüm hökmü ləğv edilir.
Şərqdə ilk dəfə məhz ölkəmizdə ölüm cəzasının ləğv olunması dünyada böyük əks-səda doğurmuşdur.Eyni zamanda dəfələrlə amnistiya aktı qəbul etmişdir.
Ümumimilli liderin təşəbbüsü ilə ölkəmizdə ilk olaraq Konstitusiya Məhkəməsi yaradılmışdır.
İnsan hüquqları ilə bağlı müxtəlif fənlərin ali təhsil müəsisələrində tədrisi istiqamətində köklü dəyişliklər edilməsi Azərbaycan hüquq elminə müasir insan hüquqları elminin inkişafina təkan vermişdir.
Ulu öndər hakimiyyətdə olduğu 38 il ərzində Azərbaycan xalqının rifahının yaxşılaşdırılması hüquq və azadlıqlarının bərpa olunması yolunda dayanıqlı siyasət həyata keçirmişdir.
Həyatda keçirdiyi mütərəqqi ideyalar müasir insan hüquqları elminin dinamik inkişafını şərtləndirdi.
Dürdanə Rüstəm qızı Rüstəmova Goranboy şəhər 2saylı tam orta məktəbin 7ci sinif şagirdi.
Xəbəri paylaş