Xəbər lenti

Cəlilabadda Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib - FOTO 0

Tarix: 27-11-2023 12:42     Baxış: 7 889


Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası təşkil olunub.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində baş tutan kampaniyada  RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev, polis əməkdaşları və rayonun digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər

Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar. Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar