Xəbər lenti

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO 0

Tarix: 27-11-2023 12:38     Baxış: 8 421

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 21 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Mubarizciler.az-ın məlumatına görə, Görüşdə şəhər İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra çıxış edən Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Bildirib ki, gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə aparılır, zərərli maddələrin qurbanına çevrilən insanların normal həyata qayıda bilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilir.


Mövzu ətrafında çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, eləcə də digər iştirakçılar da narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, narkotik vasitələrin fəsadlarından danışaraq, şagirdlərə dəyərli tövsiyələr veriblər.

Tədbir zamanı narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirilib və iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar