Xəbər lenti
14-09-2024, 21:36
 

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb - YENİLƏNİB + FOTO 0

Tarix: 24-11-2023 17:14     Baxış: 8 519


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, SPECA-nın 25 illiyi münasibətilə təbriklərini çatdırıb. Gürcüstanın baş naziri Azərbaycanın SPECA-ya sədrliyi dövründə bu Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirib.

Dövlətimizin başçısı Gürcüstana səfərini və səfər çərçivəsində aparılan müzakirələri məmnuniyyətlə xatırlayıb.

Söhbət əsnasında Azərbaycan ilə Gürcüstan arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı və bu xüsusda Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Əməkdaşlığın perspektivləri və qarşılılıq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə AZƏRTAC xəbər verir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar