Arzu Piriyev: Məsuliyyətli addım və doğru qərar 0
İntibah və milli şüurun oyanış Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Ümummilli Lider Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası, xalqı üçün misilsiz fəaliyyətlərindən biri də 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirməsi olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynamışdır.
Tarixə nəzər salsaq bir daha görərik ki, müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılması təşkil etmişdir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu. YAP milli maraqların keşiyində duran və vətənpərvərlik hissinin daşıyıcısı olan hər bir azərbaycanlının etibarlı partiyasına çevrildi.
Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir, hər bir vətəndaşın siyasi və iqtisadi iradəsinin ən yüksək formada təmin olunmasına şərait yaradır. Yaradıcısı ulu öndər olan YAP-ın fəaliyyətində Heydər Əliyev dühasının ideya və arzuları yüksək səviyyədə həyata keçirilir. Siyasi xəttinə sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları partiyanın cəmiyyətdəki mövqeyini daha da artırıb, onun ümumxalq partiyası olduğunu təsdiqləyib.
YAP özünün tarixi missiyasına uyğun olaraq cəmiyyətimizdə ümumxalq partiyası statusunu qazanıb.
Arzu Piriyev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı fəalı.
Xəbəri paylaş