Xəbər lenti

İcra başçısının növbəti səyyar görüşü İmişli rayon Qulubəyli kəndində keçirilib - FOTO 0

Tarix: 24-11-2023 00:55     Baxış: 11 179


 İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş təqvim planına uyğun olaraq noyabr ayı üzrə nəzərdə tutulan növbəti səyyar qəbul-görüşünü bu gün rayonun Qulubəyli kənd sakinləri ilə keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki,  Giriş nitqi ilə çıxış edən icra başçısı qeyd edib ki, qəsəbə və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq qaldırılan məsələlərin yerində araşdırılması vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Görülən bu məqsədyönlü işlərin bundan sonra da davamlı olacağını vurğulayan icra başçısı çıxışından sonra qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişlərini dinləyib. Qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb. Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar