Xəbər lenti

Naftalanda qanvermə aksiyası keçirilib - FOTO 0

Tarix: 23-11-2023 18:34     Baxış: 8 225

Naftalanda qanvermə aksiyasına qoşulmaq ənənə halına çevrilib.

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə TƏBİB-in tabeliyində olan Naftalan ŞMX-da Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib.

Aksiyanın keçirilməsi ehtiyat qan bankının zənginləşdirilməsinə, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədi daşımaqla yanaşı böyük xeyirxahlıq ifadəsidir.

Mubarizciler.az-ın məlumatına görə, Mərkəzi Qan Bankının ixtisaslaşdırılmış tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, qan analizi götürülüb və aksiyaya qoşulmaları ilə bağlı rəy verilib.

Aksiyada Naftalan Şəhər İcra Hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları, könüllülər iştirak ediblər.

Belə nəcib xeyriyyə aksiyalarının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ölkədə öncəki üç il ərzində Qan donorluğunun təşkilatçılığında fəal iştiraka və dəstəyə görə ŞİH-nə “Təşəkkürnamə” tədqim edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar