Xəbər lenti

İcra Hakimiyyətində iclas keçirilib - FOTO 0

Tarix: 23-11-2023 11:46     Baxış: 8 351


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev RİH-in, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirib.

Mubarizciler.az-ın məlumatına görə, İclasda cari ilədə qarşıya qoyulan məqsədlər – şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, vətəndaş müraciətlərinə həssas yanaşılması, torpaqların vətəndaşlar tərəfindən təyinatına uyğun istifadə olunması, torpaq zəbtlərinin qarşısının alınması, ərazilərdə aparılan qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə edilib.

RİH başçısı Rəşad Tağıyev bildirib ki, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri qanunsuz tikililərlə mübarizə tədbirlərini daha da  gücləndirilməli, bu vacib məsələni daimi diqqət mərkəzində saxlamalıdırlar: “Rayonumuzun bütün ərazilərində aşkar ediləcək qanunsuz tikililərə görə hər biriniz şəxsi məsuliyyət daşıyırsınız. Və unutmayın ki, kimliyindən aslı olmayaraq bu məsələdə qanunsuzluğa yol verənlər ciddi cəzalanacaq”.

İclasın gündəliyinin ən önəmli məsələsi ilə bağlı hər toplantıda tapşırıqlar verildiyini bildirən icra başçısı vurğulayıb ki, qanunsuz tikintilərə qarşı mübarizədə icra nümayəndələri Şəmkir RİH-in aidiyyəti şöbələri ilə birgə fəal əməkdaşlıq etməlidirlər.

Sonda qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar