Ədliyyə orqanlarının 105 illiyi Penitensiar xidmətdə qeyd olunub - FOTO 0
Azərbaycan ədliyyə orqanlarının yaranmasının 105 illiyi və 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə Penitensiar xidmətin Baş idarəsində tədbir keçirilib.
Mubarizciler.az-ın məlumatına görə, Əvvəlcə Heydər Əliyevin 100 illiyi münasibətilə inşa edilmiş yeni muzeydə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub.
Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək, bu çətin və şərəfli işdə kollektivin hər bir üzvünə uğurlar arzulayıb. Nazir müavini göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi ilə həyata keçirilən mütərəqqi daxili və xarici siyasət nəticəsində ölkəmizin dayanıqlı inkişafı təmin edilib, cəmiyyətimizdə sabitlik və qanunçuluq bərqərar olub, Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib. Ümummilli Lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramının hər il Ulu Öndərə dərin minnətdarlıq hissi ilə təntənəli şəkildə qeyd olunduğunu xatırladan nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirildiyini, infrastrukturun müasirləşdirildiyini nəzərə çatdırıb. Qeyd olunub ki, ədliyyə orqanlarında aparılan ciddi və ardıcıl islahatlar vahid dövlət siyasətinin formalaşmasında mühüm rol oynayır.
Tədbirə yekun vuran Mirsaleh Seyidov əminliklə bildirib ki, Penitensiar xidmətin kollektivi bundan sonra da dövlətçiliyin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində yüksək səviyyədə xidmət göstərəcək.
Xəbəri paylaş