İcra başçısının növbəti səyyar görüşü rayonun Qaragüvəndikli kənd sakinləri ilə keçirilib - FOTO 0
İmişli rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev noyabrın 21-də Qaragüvəndikli kənd sakinləri ilə səyyar qəbul-görüşünü keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Mubarizciler.az-ın məlumatına görə, Giriş nitqi ilə çıxış edən icra başçısı regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlərin aradan qaldırıldığını və əhalinin sosial rifahına yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri diqqətlə dinlənilib, obyektiv qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlərin həlli ilə bağlı yerindəcə icra başçısı tərəfindən aidiyyəti üzrə göstərişlər verilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək həlli prosesi nəzarətə götürülüb. Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını ifadə ediblər.
Xəbəri paylaş