Xəbər lenti
14-09-2024, 21:36
 

İmişlidə dəyirmi masa keçirildi - Fotolar 0

Tarix: 22-11-2023 15:59     Baxış: 7 175

Bu gün İmişli rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib.

Mubarizciler.az  xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hüquqşunaslar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, Azərbaycanın hüquq sisteminin müxtəlif aspektlərinin, o cümlədən konstitusiya hüququn inkişafı, insan hüquqlarının müdafiəsi, milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesi ümummili liderin genişmiqyaslı hüquqi islahatlarının tərkib hissəsi idi. 

Qeyd olunub ki, əsas Qanunumuz dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmlənməsinə xidmət edir, onların beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquq və azadlıqlarının Azərbaycan dövləti tərəfindən qorunmasına təminat verir. Konstitusiyamızın həm insan və vətəndaş hüquqlarının dönmədən həyata keçirilməsi, həm də dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsinin təmin etdiyi diqqətə çatdırılıb. Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, həmçinin onun ən şərəfli tarixini yaratmağa nail olmuş Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları və inkişaf kursu onun vəfatından sonra da yaşadığı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Tədbir iştirakçıların mövzu ətrafında geniş müzakirələri ilə davam etdirilib.













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar