Xəbər lenti

Naftalan şəhərində “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO 0

Tarix: 21-11-2023 23:32     Baxış: 7 371


Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

Daha sonra Ulu Öndərin adını daşıyan parkda ağacəkmə aksiyası keçirilib.

Aksiya iştirakçıları tərəfindən 100-dən çox müxtəlif ağac növləri əkilib, ağacların dibinə küləkdən qorunması üçün xüsusi dirəklər basdırılaraq aqrotexniki qaydada suvarılması təmin edilib.


Mubarizciler.az-ın məlumatına görə, Tədbirdə ŞİH-nin başçısı, YAP Naftalan Şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri, ŞİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, fəal gənclər iştirak edib.

Aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin qorunmasına hər zaman qayğı ilə yanaşmış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verməkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar