Peşəkarlığı və qayğıkeşliyi ilə seçilən şərəfli ədliyyə peşəsinin əməkdaşına nüfuzlu rəhbərə uğurlar diləyirəm 0
Sizi 22 NOYABR DOĞUM GÜNÜ, ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI münasibətilə səmimi qəlbdən TƏBRİK edirəm!
Peşəkarlığı və qayğıkeşliyi ilə seçilən şərəfli ədliyyə peşəsinin əməkdaşına nüfuzlu rəhbərə eşq olsun!
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
SURƏTİ : Azərbaycan Respublikasının Ədliyyə Naziri Cənab Fikrət Məmmədova
SURƏTİ : Azərbaycan Respublikasının Ədliyyə Nazirinin müavini Penitensiar Xidmətin rəisi Cənab Mirsaleh Seyidova
SURƏTİ : Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili ( OMBUDSMAN) Xanım Səbinə Əliyevaya
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən
MİNNƏTDARLIQ
Həyatda hər bir kamil insanın xarakterini müəyyənləşdirən xüsusi və həlledici xüsusiyyətlər var. Cəmiyyətdə seçilmiş insanların çoxluq tərəfindən sevilməsi, hörmətə layiq görülməsi və fərqlənməsi bu önəmli xüsusiyyətlərin üzə çıxmasından başlayır. Davranışı, əqli, fikri və ədəb- ərkanı ilə özünü təsdiq edən, əməyi ilə həyatın gözəlliyini artıran namuslu insan şəxsiyyətdir.
Ürəyi günəş kimi isti, mayası xeyirxahlıqla yoğrulan Azərbaycan Respublikasının Ədliyyə nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəisi ədliyyə polkovniki Cənab Elnur İsmayılovu tanıyan hər kəsdə sonsuz sadəliyi ilə heyrət doğuran belə bənzərsiz insanlardan biri haqqında fikirlərimi sevərək qələmə almaq keçdi ürəyimdən.
Məlum məsələdir ki, insanın mükəmməlliyi də, milli- mənəvi ruha köklənməsi də onun soykökünün şərəfli və ləyaqətli olmasından başlayır.
Şərəfli Ədliyyə Peşəsinin əməkdaşı, nüfuzlu rəhbər Elnur müəllimin büllur kimi təmiz adı harada çəkilirsə, orada insanların üzünə xoş təbəssüm qonur və adamı iftixar hissi bürüyür. Çox hörmətli Elnur müəllim hər vaxt öz qürurunu və bütövlüyünü qoruyan, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran əliaçıq, təmkinli, qəlb ovudub, könül tikən, elmli və geniş dünyagörüşlü bir ədliyyə əməkdaşıdır. İllərdir sözün tam mənasında insanlığına, qeyri-adi səmimiliyinə, ətrafında olan hər bir kəsə göstərdiyi diqqətinə, və mərhəmətinə məftun olduğum, pafoslu "sağ ol "ları və təşəkkürləri sevməyən, etdiyi yaxşılıqları dilə alınmasına ehtiyac duymayan Elnur müəllim haqqında yazdığım yazıda bu üzdən necə ehtiyatla davranmağıma tək özüm şahidəm.
Yetərincə təvazökarlığa sahib olan bu möhtərəm insan, haqq sayına və yaxşılıqlarına rəğmən kimlərinsə bir kəlmə minnətdarlıq bildirməsinə əsla izin verməz və hətta bundan narahat olar. Bu da "sağ olun" demək istəyənin sözünü ehmalca kəsib " siz də belə edərdiniz " deyib keçən, " əl tutmaq Əlindən qalıb " fikrinə önəm verən, " Allah hər şeyi görüb- biləndir " düşünən yüksək mənəvi dəyərlərə xidmət edən insanın möhtəşəmliyinin bariz nümunəsidir.
Təəssüf ki, gördüklərimin və demək istədiklərimin hamısını bir yazıda işıqlandıra bilmirəm. Lakin, insanı təəccübləndirən danılmaz məqamları öz qəlb süzgəcimdən bacardığım qədər keçirib, ön və son sözə yer vermədən , qəlbimdə iftixar və minnətdarlıq duyğusu ilə öz düşüncələrimi qələmimə pıçıldayıram.
Peşəkarlığı və qayğıkeşliyi ilə seçilən, şərəfli və çətin vəzifəsinin öhdəsindən layiqincə gələ bilən ədliyyə əməkdaşı, nüfuzlu rəis çox hörmətli Elnur müəllimi 22 NOYABR DOĞUM GÜNÜ və Ədliyyə İşçilərinin PEŞƏ BAYRAMI münasibətilə səmimi qəlbdən TƏBRİK edirəm, Allahtaladan sağlam can sağlığı və uzun ömür, dövləti fəaliyyətində uğurlar arzulayıram, Azərbaycan Respublikasının Ədliyyə Naziri Cənab Fikrət Məmmədova, Nazir müavini, Penitensiar Xidmətin rəisi Cənab Mirsaleh Seyidova, aidiyyatı qurumlara belə bir ədliyyə əməkdaşının ədliyyə sistemində, penitensiar sahədə yüksək vəzifəyə təyin edilərək çalışmasına şərait yaratdıqları üçün vətəndaş olaraq öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm!
Hörmətlə,
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu
22.11.2023- cü il
Xəbəri paylaş