Xəbər lenti

İmişlidə “Heydər Əliyev İli” çərçivəsində iməclik və ağacəkmə aksiyası keçirilib - FOTO 0

Tarix: 21-11-2023 18:13     Baxış: 7 364



Noyabrın 21-də “Heydər Əliyev ili” çərçivəsində Vətən müharibəsində şəhid olmuş Cəfər Osmanın adına salınmış istirahət parkında iməclik və ağacəkmə aksiyası keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən iməclik və ağacəkmə aksiyasında  YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov, ərazi partiya təşkilatlarının nümayəndələri iştirak ediblər. Aksiya zamanı sözügedən ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşılıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.

Babək Hüseynov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar