Xəbər lenti

İraq Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO 0

Tarix: 20-11-2023 11:54     Baxış: 7 630

Azərbaycana rəsmi səfərə gələn İraq Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub.

Mubarizciler.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verib.

Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İraq və Azərbaycan Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

(AzətTac)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar