Xəbər lenti

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Şuşa maarifi” sənədli filminin təqdimat mərasimi keçirilib - FOTO 0

Tarix: 18-11-2023 19:12     Baxış: 7 665


Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, GDRTİ-nin əməkdaşları, idarə rəhbərləri, şəhər ictimaiyyəti, ümumtəhsil məktəblərinin direktorları müəllimlər və digər qonaqlar iştirak ediblər. 

Mubarizciler.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun açılış nitqindən sonra film nümayiş etdirilib. 

Qeyd edək ki, 49 dəqiqəlik film Şuşanın maarif tarixindən bəhs edir.  Azərbaycanın ilk dünyəvi məktəbi – Şuşada açılan qəza məktəbindən başlanan tarixdən söz açılan filmdə bu qədim şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, həmçinin maarifçilik sahəsində önəmli rolu xüsusilə qeyd olunur. Filmin ssenari müəllifləri Cəsarət Valehov, Ramil Ələkbərov, rejissoru isə Elçin Qasımovdur. 

Filmdə Şuşanın Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, görkəmli ziyalılar bəxş etdiyi diqqətə çatdırılır, eləcə də maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar