Xəbər lenti
28-11-2023, 22:47
 

«Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Tarix: 16-11-2023 15:44     Baxış: 6 972

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 13 saylı  tam orta məktəbdə «Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici görüş keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Tədbirdə çıxış edən rəis müavini polis, polkovnik-leytenantı Farid Vəliyev dövrümüzün ağır bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. Bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu qeyd edən rəis müavini, şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib. 

Daha sonra çıxış edən digər iştirakçılar narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladaraq, narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, qəbul olunan dövlət proqramlarından danışıblar. Bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edən məruzəçilər, çıxışlarının sonunda məktəblilərə təhsillərində uğurlar arzulayıblar.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Çox oxunanlar