Xəbər lenti

Zəkiyyə Hüseynovaya qızıl nişan təqdim edilib - FOTO 0

Tarix: 09-11-2023 22:55     Baxış: 10 059

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl nişana layiq görülən Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin məzunu Zəkiyyə Hüseynovaya qızıl nişan təqdim edilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, məzunun valideynləri, məktəb direktoru və müəllimlər iştirak ediblər. 

Tədbirdə çıxış edən Zəkiyyənin atası Toğrul Hüseynov göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.

Daha sonra idarə müdiri Anar Qədiməliyev tərəfindən Zəkiyyə Hüseynovaya layiq görüldüyü qızıl nişan təqdim edilib.

Qeyd edək ki, Zəkiyyə həmçinin Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə qızıl medala layiq görülüb. O, “Birincilərin birincisi” adını qazanan məzunlardandır, 657 balla  daxil olduğu Azərbaycan Diplomatik Akademiyasına təhsil alır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar