Xəbər lenti
28-11-2023, 22:47
 

Goranboyda “8 noyabr-Zəfər Günü” ilə bağlı, bayram konserti keçirildi - FOTO

Tarix: 08-11-2023 16:49     Baxış: 9 618


“8 noyabr-Zəfər  Günü” ilə bağlı, ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Goranboy rayon Heydər Əliyev Mərkəzinin qarşısında, rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin və tanınmış yerli müğənnilərin iştirakı ilə bayram konsert proqramı nümayiş etdirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri,  idarə, təşkilat rəhbərləri və kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdilər.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın  azadlığı, Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş bütün Şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 

Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, Ümummilli Lider Heydər Əliyev tərəfindən müasir və müstəqil Azərbaycanın əsasının qoyulduğunu, Ümummilli Liderin siyasi varisi,  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə  bu gün Azərbaycanın regionun lider dövlətinə çevrildiyini və Müzəffər Ali Baş Komandanın qətiyyəti, Rəşadətli Ordumuzun gücü ilə torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün tam təmin olunduğunu diqqətə çatdırdı. İcra Başçısı, bu möhtəşəm Zəfər  Bayramı münasibəti ilə bütün rayon ictimaiyyətini təbrik etdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Çox oxunanlar