Xəbər lenti

Naftalanda 8 - Noyabr Zəfər günü böyük coşqu ilə qeyd edilib - FOTO 0

Tarix: 08-11-2023 16:39     Baxış: 10 290


Şəhərin Heydər Əliyev parkında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ağsaqqallar şurasının sədri, YAP Naftalan şəhər təşkilatının sədri, idarə, təşkilat müəssisə rəhbərləri, şəhid ailələri,  qazilər, Vətən müharibəsi iştirakçıları, yerli və xarici turistlər və şəhər ictimaiyyəti iştirak edib.

Özündə vətənpərvərlik mövzusunu əks etdirən rəsm və əl işlərindən ibarət “Tarixi Zəfərimiz” adlı sərgi nümayiş olunub.

Mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. 

Tədbirdə çıxış edənlər bayram münasibətilə sakinlərimizi səmimi qəlbdən təbrik edərək qələbəyə Müzəffər Ali Baş Komandanımızın siyasəti və rəhbərliyi ilə Rəşadətli Ordumuzun və Xalqımızın birliyi nəticəsində nail olunduğunu vurğulayıblar.

Tədbir Naftalan ŞİH-nin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar