Xəbər lenti

İmişlidə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Həmdulla Abdullayevin 3-cü ildönümü qeyd olunub 0

Tarix: 07-11-2023 15:51     Baxış: 9 737

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan Abdullayev Həmdulla Aslan oğludur. 

Bu gün şəhidimizin ailəsinin yaşadığı ata ocağında üçüncü ildönümü mərasimi qeyd olunub. Mubarizciler.az xəbər verir ki,  Mərasimdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. 

Mərasim zamanı şəhidizimin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvlərinə səbr dilənilib. Bildirilib ki, böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdu. Cəsur, igid Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan bir an belə çəkinmədilər və ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Mərasim zamanı həmçinin Vətənin müdafiəsi uğrunda canından keçən Həmdullanın və digər şəhidlərimizin əziz xatirələrinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyi vurğulanıb.

Babək Hüseynov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar