Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda Zəfər Gününə həsr olunan tədbir keçirilib - FOTO 0

Tarix: 07-11-2023 00:46     Baxış: 7 931


Noyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirib.

Mubarizciler.az-ın məlumatına görə, Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, tariximizin şanlı səhifəsi olan Zəfər Günümüzün üçüncü ildönümünü qeyd edirik. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi var.  Bu Qələbənin müəllifi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Dövlət başçısı adını tariximizə torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi yazdı. 30 ilə yaxın müddətdə Azərbaycan dövlətinin diplomatik mübarizədə uğurları döyüş meydanında tarixi qələbəni yazmağa stimul verdi. Ordumuz gücünü, qüdrətini nümayiş etdirərək 44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazdı. 44 gündə 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də  Qarabağın döyünən ürəyi Şuşamız, onun ardınca 9 noyabr Dövlət Bayrağı Günündə 71 yaşayış məntəqəsi, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi. Məhz döyüş meydanındakı bu uğurlarımız noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasını şərtləndirdi. Bu sənəd, eyni zamanda, Ermənistanın məğlubiyyətinin təsdiqi  oldu.

Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səbuhi Məhərrəmov qeyd edib ki, son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində Azərbaycan  həm regionda, həm də dünyada söz sahibinə çevirilib. Bu gün Azərbaycanın sözü imzası qədər dəyərlidi. Azərbaycan müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu sahəsində mühüm addımların atılmasına nail oldu ki, bu da özünü 44 gündə Silahlı Qüvvələrimizin qəhrəmanlığında qabarıq şəkildə göstərdi. Hərbi imkanlarını genişləndirməklə döyüş meydanında qələbə qazanan Azərbaycan informasiya cəbhəsində üstünlüyünü də nümayiş etdirdi. Azərbaycan Ordusu ədaləti bərpa edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi.

Şəhid atası Ramiz Süleymanov, Vətən müharibəsi iştirakçısı, qazi Ruslan Əmrahov bildiriblər ki, Azərbaycan gəncləri göstərdikləri qəhrəmanlıqları, şücaətləri ilə torpaq, Vətən sevgilərini nümayiş etdirdilər. Torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Zəfərimizin qəhrəmanları qürur mənbəyimizdir. Onların yazdığı şərəfli tarix bir daha xalqımızın yenilməzliyini, məğrurluğunu təsdiqlədi.

Ailə və Uşaqlara Dəstək Mərkəzi ərazi partiya təşkilatının sədri Sənəm Alxasova vurğulayıb ki, Qələbəmizi şərtləndirən amillər sırasında xalqımızın milli birliyi, həmrəyliyi əsas yer tutdu. Əks-hücum əməliyyatları başladığı gündən siyasi  mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq bütün Azərbaycan xalqı yumruq kimi birləşdi. “Dəmir yumruq” birliyimizin, həmrəyliyimizin rəmzinə çevrildi.

Dəliməmmədli şəhər ərazi partiya təşkilatının sədr müavini Kəmalə Rüstəmova bildirib ki, müqəddəs vəzifəni-ərazi bütövlüyümüzün təmin olunmasını layiqincə yerinə yetirən Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunduğu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Ümummilli Liderin ruhu qarşısında baş əydi. Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!

Çıxışlarda ümumi fikir bu oldu ki, 44 gündə yazılan Zəfər Günü milli qürurumuzdur. Azərbaycan xalqı yenilməz, məğrur, öz tarixinə sahib çıxan xalq olduğunu bir daha təsdiqlədi. Bu gün Zəfərimizin təqdimatı olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə-15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldaraq xalqa bu məkandan müraciət etdi. Sahibinə qovuşan torpaqlarımızda yeni həyat başlayıb. Qarabağlı və Şərqi Zəngəzurlu  Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Zəfər Günün mübarək, Azərbaycan!

Sonda partiya sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar