Xəbər lenti
14-09-2024, 21:36
 

Goranboy rayon Dəliməmmədli şəhərində küçələrin asfaltlaşdırılması işləri davam etdirilir - FOTO 0

Tarix: 06-11-2023 13:43     Baxış: 7 623

Dəliməmmədli şəhərində küçələrin asfaltlaşdırılması işləri davam etdirilir.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Dəliməmmədli şəhərində küçələrin asafaltlaşdırılması və digər abadlıq işləri ilə yerində tanış oldu. Goranboy rayonunda avtomobil yollarının yenidən qurulması artıq ənənə halını alıb. Belə ki, avtomobil yolları uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Həyata keçirilən tədbirlər çərçivəsində Goranboy Və Dəliməmmədli şəhərlərinin kompakt yaşayış massivlərində gediş-gəlişin çox olduğu nəzərə alınaraq, avtomobil yollarında əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib. Beləliklə, avtomobil yollarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib. Mubarizciler.az xəbər verir ki, bu tədbirlərin icrası sözügedən ərazilərdə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar