Xəbər lenti

"Məktəbəqədər təhsil müəssisələrinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması" ilə bağlı təlim keçirilib - FOTO 0

Tarix: 05-11-2023 14:18     Baxış: 10 479

"Məktəbəqədər təhsil müəssisələrinə  aid tədris-pedaqoji sənədlərin aparılması  və saxlanılması" ilə bağlı təlim keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə "Məktəbəqədər təhsil müəssisələrinə  aid tədris-pedaqoji sənədlərin aparılması  və saxlanılması" ilə bağlı təlim keçirilib. 

Təlimdə Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, idarə əməkdaşları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. 

Təlimdə məktəbəqədər təhsil müəssisələrində sənədləşmə işinin düzgün aparılması, kargüzarlıq qaydaları, sosial şəbəkələrdə fəaliyyət, məşğələ və icmal nümunələri barədə ətraflı məlumat verilib. 

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar