Xəbər lenti

Daxili işlər orqanlarının əməkdaşları 8 Noyabr - Zəfər Günü ilə əlaqədar ağac əkiblər - FOTO 0

Tarix: 04-11-2023 13:43     Baxış: 8 491


8 Noyabr - Zəfər Günü ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

Mubarizciler.az-ın məlumatına görə, Əvvəlcə polis əməkdaşları və hərbi qulluqçular boş qalmış ərazidə abadlıq və təmizləmə işləri aparıblar. 

Sonra yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin  küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.

Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar