Növbəti səyyar qəbul rayonun Yeni Çobankərə kəndində keçirildi - FOTO 0
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq vətəndaşların səyyar qəbulu davam etdirilir. Şəhər rəhbəri bu dəfə rayonun Yeni Çobankərə kəndində sakinlərlə səyyar görüş keçirib. Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Mubarizciler.az xəbər verir ki, Səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Möhtərəm Prezidentimizin hərtərəfli qayğısı sayəsində Yevlax rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib. Belə görüşlərin əsas məqsədinin sakinlərin problemlərini yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaq olduğunu vurğulayan icra başçısı daha sonra sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib. Kənd sakinləri onların problemlərinin həlli ilə bağlı yerlərdə keçirilən görüşdən razı qaldıqlarını bildiriblər.
Səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Xəbəri paylaş